EN

Britaniyalı investorların və şirkətlərin Azərbaycanda marağı böyükdür - Ferqus Auld

Bakı. Trend:

Britaniyalı investorların və şirkətlərin Azərbaycanda marağıböyükdür və biz bu imkanların reallığa çevriləcəyinə inanırıq.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Bakıİqlim Fəaliyyəti Həftəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib.

O, Bakı İqlim Fəaliyyəti Həftəsində ikinci dəfədir ki, iştiraketdiyini və bundan məmnunluğunu qeyd edib:

"Bakı İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week) ilkdəfə ötən il keçirilmişdi və çox mühüm bir başlanğıc oldu. Bu ilisə daha geniş və daha uğurlu şəkildə təşkil olunub. AzərbaycanınCOP29-a ev sahibliyi etməsi böyük nailiyyətdir və bu, yalnızhökumətlərin deyil, həm də biznesin və fərdlərin iqlim çağırışınacavab verməsi baxımından mühüm fürsətdir. Əlbəttə ki, bərpaolunanenerji sektorunda ambisiyaların mövcudluğu bizi sevindirir.İnvestisiya cəlbi və genişləndirilmə istiqamətində planlar var.Vacib olan odur ki, verilən bütün öhdəliklər yerinə yetirilsin.Fikrimcə, Azərbaycanın həm quruda, həm dənizdə günəş, külək vəhidroenerji sahəsində çox böyük potensialı var və daha sürətliaddımlar atıla bilər".

O, Azərbaycannın bərpa olunan enerji sahəsində Böyük Britaniyailə qarşılıqlı təcrübələrindən yararlanma imkanlarından dadanışıb:

"Məsələn, bp şirkəti Cəbrayılda yerləşən “Şəfəq” günəş elektrikstansiyasına sərmayə yatırır. Bu layihə həm də Səngəçalterminalının dekarbonizasiyasına töhfə verəcək. Britaniyalıinvestorların və şirkətlərin Azərbaycanda marağı böyükdür və biz buimkanların reallığa çevriləcəyinə inanırıq".

Chosen
60
1
az.trend.az

2Sources