EN

NATO nun Türkiyəsiz ciddi hərbi imkanları yoxdur

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya–Ukrayna müharibəsinə ABŞ–Türkiyə münasibətləri fonunda baxmaq daha doğrudur. Ərdoğanın ABŞ-a səfəri və Trampla görüşü, Trampın Suriya məsələsindən tutmuş digər açıqlamaları təkcə iki tərəfli məsələ deyil. Rusiyanın hazırkı hakimiyyəti üçün olduqca vacib “nəfəslik” rolunu oynayan Türkiyəyə ABŞ-ın çox isti münasibəti Rusiya əleyhinə yönəldilə bilər.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib..

O, qeyd edib ki, F-16 və hətta F-35 təyyarələri ilə bağlı razılaşmalar Türkiyə–Rusiya münasibətlərinə güclü təsir edə biləcək əsaslardan biridir. Təbii ki, Trampın cənab Ərdoğana qarşı şəxsi münasibəti də rol oynayır, ancaq ABŞ-ın milli və dövlət maraqları əsas şərt olaraq öndədir. Hətta, ABŞ və bəzi NATO dövlətləri Türkiyəni Rusiyaya əsas hərbi təzyiq kimi görür. ABŞ istisna olmaqla, NATO-nun Türkiyəsiz ciddi hərbi imkanları yoxdur:

"Rusiyanın da Avropada NATO dövlətlərinin hava məkanını pozması, NATO-nu Türkiyənin də Rusiyaya qarşı müharibəyə qoşulmasına istəkli olmasını göstərir. Ancaq, Ərdoğanın bu planlara münasibəti nisbi xarakterdir.

Rusiya NATO dövlətlərinin hava məkanını pozması ilə kollektiv Qərbi Rusiya–Ukrayna müharibəsindən yayındırmağı hədəfləyə bilər. Hələ ki, NATO-nun hərbi cavabı adekvat olmasa da, Qərbdən son açıqlamalar Rusiyaya qarşı ciddi təzyiqlərin planlandığına işarədir.

Ukrayna müharibəsi ilə Rusiyanı özündən asılı vəziyyətə salan Çin müharibənin davamına maraqlıdır və prosesə söz sahibidir. Rusiya Ukraynada başladığı müharibə ilə çıxılmaz tələdədir. Həm Putin hakimiyyəti, həm də xarici aktorlar üçün Ukrayna müharibəsi zərurətə çevrilib".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
icma.az

1Sources