EN

III MDB Oyunlarında medal sıralamasında 4-cü yerdəyik


Azərbaycanda start götürən III MDB Oyunlarında hazırda idmançılarımızın aktivində 3 bürünc, 1 gümüş medal var.Ölkəmiz medal sıralamasında 4-cü pillədə qərarlaşıb. Süleyman İsmayılzadə (1500 metr məsafəyə sərbəst üsulla üzmək) gümüş, Mehri Əbdürəhmanlı (100 metr məsafəyə kəpənək üsulu ilə üzmək), Yeqor Maynitiski (200 metr məsafəyə fərdi qarışıq) və Cavid Həsənov/Cəmilə Paşayeva cütü (dairəvi stend qarışıq) bürünc medal qazanıb.

Siyahıda lider Rusiyadır (9 qızıl, 2 gümüş, 2 bürünc). Belarus (1 qızıl, 4 gümüş, 3 bürünc) ikinci, Qazaxıstan (3 gümüş, 2 bürünc) isə üçüncüdür. İndiyə qədər 4 ölkə təmsilçiləri medal qazanıblar.

Mətləb

Chosen
30
17
baki-xeber.com

10Sources