EN

“Qarabağ”a şok ittiham: Deməli, onlarla əməkdaşlıq edirsiz” nə baş verir?!

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Oktyabrın 1-də “Qarabağ” Çempionlar Liqasının liqa mərhələsində ilk ev oyununa çıxacaq. Rəqib isə bəllidi - “Kopenhagen”.“Qarabağ” biletlərin satışa çıxarıldığı günün ertəsi artıq 27500 biletin sahibini tapdığını açıqladı. Azarkeşlər isə bilet tapa bilmədiklərinə görə klubu ən sərt şəkildə tənqid edirlər.Fəzail Hacıyev: “Çox sağ olun ki, mənə VİP yer təmin etdiz - divan. 30 manat da pivə və məzələri. Bundan gözəl nə ola bilər? Sükanı belə saxlayın”.Sərxan Lətifov: “Saatlarla vaxt itirdim, amma yenə də ala bilmədim. Düzgün deyil...”Rəşad Seyidov: “Rəsmən camaatla məzələnirsiz”.Xəyal Məmmədli: “Hamısını “qara bazar” alıb, biabırçılıqdı”.Tural Nəbi: “Qara bazar”la bağlı tədbir görülmürsə, deməli, siz onlarla əməkdaşlıq edirsiz”.Elxan Əliyev: “Mənə də bilet verin”.Əliyeva Lamiyə: “15.00 satışa çıxır, çıxan kimi növbə götürürəm, 7000-ci adam oluram, sıram çatanda baxıram ki, ən ucuz 40 manatlıq sektorlara yer qalıb, qalan hamısı satılıb... Belə şey olmaz e...”MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
icma.az

2Sources