EN

Prezidentlə görüşənlər arasında Bəxtiyar da var – FOTOLAR

Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi baş tutub.

“Yeni Sabah” xəbər verir ki, mərasimdən əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə edilən raket hücumlarında valideynlərini, yaxınlarını itirmiş və xəsarət almış uşaqlarla görüşüblər.

Onlar arasında Gəncə terrorunun azyaşlı şahidlərindən biri - Bəxtiyar Heydərli də olub. Erməni hücumları nəticəsində dağıntılar altında qalan Bəxtiyarı dayısı xilas edib. Uşağın yaşadığı ağır sarsıntıdan sonra ayaqları tutulub və o, yalnız iki gündən sonra yeriməyə başlayıb. Təbəssümü ilə yadda qalan Bəxtiyar bu gün Azərbaycan xalqının qətiyyət və iradəsinin simvolu kimi tanınır. Pepperoni pizza

Görüşdən fotoları təqdim edirik:


Telegram kanalımız
Chosen
23
10
yenisabah.az

10Sources