EN

KİV: Tramp 30 sentyabrda ABŞ generalları ilə görüşdə iştirak edəcək

ain.az, Xalqcebhesi saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp ölkənin müdafiə naziri Pit Heqsetin sentyabrın 30-da Virciniya ştatında yüzlərlə amerikalı general və admiral ilə keçirəcəyi görüşdə iştirak edəcək.

"Report" bu barədə "The Washington Post"a istinadən xəbər verir.

"Biz Ağ Evdən ABŞ Prezidentinin çərşənbə axşamı görüşdə iştirak edəcəyinə dair təsdiq aldıq", – nəşrin əldə etdiyi sənəddə qeyd olunur.

Məlumata görə, Trampın iştirakı əlavə təhlükəsizlik tədbirlərinin görülməsini zəruri edəcək.

Donald Tramp daha əvvəl bəyan edib ki, bu görüşdə qeyri-adi heç nə yoxdur. Onun sözlərinə görə, tədbirdə xüsusən "ən yeni sistemlər və s." müzakirə olunacaq, lakin detalları açıqlamayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
2
icma.az

3Sources