EN

Yunan-Roma güləşçilərimizdən Memorialda 1 qızıl və 1 bürünc medal

Rusiyanın Novosibirsk şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

İdman.biz xəbər verir ki, SSRİ qəhrəmanı Aleksandr Aksyonovun xatirəsinə təşkil edilən yarışda 10 ölkədən 200-dən artıq idmançı iştirak edilib.

Memoriala məşqçilər Sabah Şəriəti və Zöhrab Abbasovun rəhbərliyi altında qatılan milli üzvlərindən ikisi fəxri kürsüyə qalxıb. Rəşad Məmmədov (55 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Məhəmməd Əhmədiyev (97 kq) isə bürünc medalı boynundan asıb.

Qeyd edək ki, turnirdə I dərəcəli hakim Həbib Nurulu ədaləti qoruyub.

İdman.biz

Chosen
19
4
idman.biz

6Sources