Rusiyanın Novosibirsk şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, SSRİ qəhrəmanı Aleksandr Aksyonovun xatirəsinə təşkil edilən yarışda 10 ölkədən 200-dən artıq idmançı iştirak edilib.
Memoriala məşqçilər Sabah Şəriəti və Zöhrab Abbasovun rəhbərliyi altında qatılan milli üzvlərindən ikisi fəxri kürsüyə qalxıb. Rəşad Məmmədov (55 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Məhəmməd Əhmədiyev (97 kq) isə bürünc medalı boynundan asıb.
Qeyd edək ki, turnirdə I dərəcəli hakim Həbib Nurulu ədaləti qoruyub.
Millimiz dünya ikincisi oldu
Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi olub
Ülvi Qənizadə ikinci dəfə dünya çempionu olub
Həsrət Cəfərov yenidən dünya çempionatının finalında
DÇ: Daha üç təmsilçimiz mübarizəyə başlayır