EN

Keyn “Bavariya”dan ayrılacaq?

Son günlər Harri Keynin mövsümün sonunda “Bavariya”nı tərk edə biləcəyi haqda xəbərlər dolaşır.

Klubun idman direktoru Maks Eberl ingilis hücumçunun klubdan ayrılmaq ehtimalını dəyərləndirib.

O, 32 yaşlı futbolçunun Münhendə qalacağını söyləyib:
“Harrinin davranışı göstərir ki, o, komandaya tam sadiqdi. O, qərarlarını vermək üçün kifayət qədər yetkindi. Biz Harri ilə bu və gələn mövsümdə uğur qazanmaq istəyirik”.
Keynin klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. O, bu mövsüm bütün turnirlərdə 12 oyun keçirib, 16 qol vurub və 4 məhsuldar ötürmə verib.
Chosen
63
football-plus.az

1Sources