EN

"O müğənni ilə heç vaxt barışmaram" - Manaf Ağayev

Müğənni Manaf Ağayev küsülü olduğu keçmiş dostu Mətanət Əsədova ilə münasibətindən danışıb.

Publika.az xəbər verir ki, bir daha keçmiş həmkarı ilə yan-yana gəlməyəcəyini bildirən sənətçi bu sözlərlə fikirlərini əsaslandırıb:

"Barışıq ola bilməz. İçini göstərdi, başqa nə ola bilər? Onunla eyni verilişə gəlmərəm. Proqrama rahat olacağım adamla qatılıram. Niyə narahat olduğum adamla gəlim ki? Cüzi bir inciklik oldu. Məndən söhbət gedəndə sən oturub baxırsansa, mənə elə dost lazım deyil. Mən sənə qarşı elə olmamışam. Tərifləməyin lazım deyil, düzünü danış".

Chosen
24
6
publika.az

7Sources