EN

Rusiyalı idmançı: Qəbələdə çox gözəl qarşılandıq

Burada çox gözəl qarşılandıq. Qəbələ həm gözəl şəhərdir, həm də yüksək səviyyədə təşkil olunmuş yarışa ev sahibliyi edir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri stolüstü tennis üzrə Rusiya millisinin üzvü Yevgeni Vasikov deyib.

Azərbaycana qalib gəldikləri yarımfinal matçına da toxunan idmançı qarşılaşmanın çox çətin keçdiyini bildirib: “Çünki biz üçüncü partiyada 2:7 hesabı ilə uduzduq. Azərbaycandan olan cütlüyə qarşı oynayırdıq. Onlar matça çox yaxşı hazırlaşmışdılar. Bizim oyun taktikamıza bələd idilər. Lakin biz geridönüş edə bildik. Ümid edirik ki, finalda gözəl oyun nümayiş etdirəcəyik”.

Qeyd edək ki, 13 ölkədən, ümumilikdə, 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Chosen
16
3
sia.az

4Sources