EN

Zəlzələyə görə İstanbulda uçuşlara fasilə verildi » AzadMedia.az


Kütahyada baş verən və ətraf bölgələrdə hiss olunan zəlzələdən sonra İstanbulun Sabiha Gökçen Hava Limanında təhlükəsizlik məqsədilə operativ tədbirlər görülüb.

Hava hərəkəti nəzarətçisi eniş edən təyyarələri ehtiyat tədbiri olaraq xəbərdar edib.

Zolağın yoxlanılması üçün uçuşlar təxminən 5 dəqiqəlik dayandırılıb. Bu müddətdə iki təyyarə eniş etməyib.

Aparılan yoxlamalar zamanı hər hansı nasazlıq və ya risk aşkarlanmadığından uçuşlar yenidən bərpa edilib.
Chosen
14
18
azadmedia.az

10Sources