Bu gün Filippində kişi voleybol komandaları arasında dünya çempionatı başa çatıb.
İdman.biz xəbər verir ki, turnirin qalibi İtaliya millisi olub.
Finalda italiyalılar Bolqarıstanı 3:1 (25:21, 25:17, 17:25, 25:10) hesabı ilə məğlub ediblər. Bu, İtaliya yığmasının tarixdə beşinci dünya çempionluğu olub.
Üçüncü yer uğrunda oyunda Polşa millisi Çexiyanı eyni hesabla – 3:1 məğlub edərək, dünya çempionatının bürünc medalını qazanıb.
Qeyd edək ki, dünya çempionatında ən çox qızıl medalı SSRİ millisi qazanıb - 6 dəfə.