Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun günündə 2 görüşdən 1-i artıq keçirilir.
İlk olaraq "Turan Tovuz" əzəli rəqiblərindən olan "Kəpəz"i qəbul edir. Hazırda "Turan Tovuz" 9 xalla 5-ci, keçirdiyi 5 oyunun hamısında uduzan "Kəpəz" isə sonuncudur. Qərb derbisi saat 16:30-da başlayıb.
Günün və turun son matçı isə Masazırda olacaq. Burada "Sabah" "Sumqayıt"ı qəbul edəcək. "Sumqayıt" 10 xalla 4-cü, "Sabah" isə 7 xalla 7-cidir. Oyuna saat 19:00-da start veriləcək.
28 sentyabr
16:30. "Turan Tovuz" – "Kəpəz" - 3:0 (İkinci hissə)
Qollar: Aleks Souza, 32; Joarlem Santos, 35; Filip Ozobiç, 46
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Kamran Əliyev.
"Azersun Arena"
19:00. "Sabah" – "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
"Bank Respublika Arena"
26 sentyabr
"İmişli" - "Zirə" - 1:1
"Qarabağ" - "Qəbələ" - 2:0
27 sentyabr
"Neftçi" - "Karvan" - 0:0
"Şamaxı" - "Araz-Naxçıvan" - 1:1
Bombardirlər:
Toral Bayramov ("Qarabağ") - 3 qol
Martins Juniyor ("Zirə") - 3 qol
Olabe Roberto ("Turan Tovuz") - 2 qol
Coy-Lens Mikels ("Sabah") - 2 qol
Ceyhun Nuriyev ("Zirə") - 2 qol
İssa Cibrila ("Zirə") - 2 qol
Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol