EN

Azərbaycanın iki güləşçisi Novosibirskdə keçirilən memorialda 1 qızıl, 1 bürünc medal qazandı

BAKI, 28 sentyabr. TELEQRAF

Rusiyanın Novosibirsk şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq keçirilən turnirdə Azərbaycanın iki güləşçisi fəxri kürsüyə yüksəlib.

Teleqraf xəbər verir ki, SSRİ qəhrəmanı Aleksandr Aksyonovun xatirəsinə təşkil edilən yarışda 10 ölkədən 200-dən artıq idmançı iştirak etdiyi memoriala milli üzvləri Sabah Şəriəti və Zöhrab Abbasovun rəhbərliyi altında qatılıb.

Rəşad Məmmədov (55 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Məhəmməd Əhmədiyev (97 kq) isə bürünc medalı boynundan asıb.

Qeyd edək ki, turnirdə I dərəcəli hakim Həbib Nurulu ədaləti qoruyub.

Chosen
24
4
teleqraf.com

6Sources