EN

Suriyaya qayıdanların sayı açıqlandı

Yazını böyüt
Yazını kiçilt

Bəşər Əsədin devrilməsindən sonra Suriyaya bir milyona yaxın qaçqın qayıdıb.

Hafta.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Vaşinqton Post” BMT-nin Qaçqınlarla İş üzrə Agentliyinə istinadla məlumat yayıb.

Məlumata görə, ötən ilin dekabrından Türkiyədən 419 min, Livandan 334 min, İordaniyadan 204 min, İraqdan 37 min və Misirdən 27 min suriyalı vətəninə qayıdıb.

Qayıdanların 350 mini Dəməşq və Hələbdə, 95 mini isə Dəra şəhərində məskunlaşıb.

Avropa ölkələrindən qayıdan suriyalılarla bağlı məlumat verilıməyib.

Qeyd edək ki, Suriyadan 2011-ci ildən başlayan vətəndaş müharibəsi səbəbindən 13 milyon suriyalı ölkəsini tərk etmişdi.

Chosen
18
12
hafta.az

10Sources