AZ

Suriyaya qayıdanların sayı açıqlandı

Bəşər Əsədin devrilməsindən sonra Suriyaya bir milyona yaxın qaçqın qayıdıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Vaşinqton Post” BMT-nin Qaçqınlarla İş üzrə Agentliyinə istinadən yayıb.
 

Məlumata görə, ötən ilin dekabrından Türkiyədən 419 min, Livandan 334 min, İordaniyadan 204 min, İraqdan 37 min və Misirdən 27 min suriyalı vətənlərinə qayıdıb.


Qayıdanların 350 mini Dəməşq və Hələbdə, 95 mini isə Dera şəhərində məskunlaşıb. Avropa ölkələrindən qayıdan suriyalılarla bağlı məlumat verilıməyib.

Qeyd edək ki, Suriyadan 2011-ci ildən başlayan vətəndaş müharibəsi səbəbindən 13 milyon suriyalı ölkəsini tərk etmişdi.

Bizim.Media

Seçilən
15
12
bizim.media

10Mənbələr