EN

“Turan Tovuz” “Kəpəz”i, “Sabah” “Sumqayıt”ı qəbul edir – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq. 

İdmanxeber.az xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək. 

İlk olaraq “Turan Tovuz” əzəli rəqiblərindən olan “Kəpəz”i qəbul edəcək. Hazırda “Turan Tovuz” 9 xalla 5-ci, keçirdiyi 5 oyunun hamısında uduzan “Kəpəz” isə sonuncudur. Qərb derbisi saat 16:30-da başlayacaq.

Günün və turun son matçı isə Masazırda olacaq. Burada “Sabah” “Sumqayıt”ı qəbul edəcək. “Sumqayıt” 10 xalla 4-cü, “Sabah” isə 7 xalla 7-cidir. Oyuna saat 19:00-da start veriləcək.

28 sentyabr

16:30. “Turan Tovuz” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.

VAR: Kamal Umudlu.

AVAR: Kamran Əliyev.

“Azersun Arena”

19:00. “Sabah” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Pərvin Talıbov.

“Bank Respublika Arena”

Chosen
40
2
idmanxeber.az

10Sources