EN

Gəncədə kikboksinq üzrə yığma toplanışı keçirildi

Gəncədə

Gəncə şəhərindəki “Sensey” Kikboksinq Klubunun idman bazasında uşaqlar və kadetlərin yığma toplanışı uğurla başa çatıb. GəncədəUlusum.az məlumat verir ki, təlim prosesi əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim və Qərb regionunun sədri Anar Məmmədovun rəhbərliyi ilə təşkil olunub. İdman tədbirində bölgənin məşqçiləri və klub rəhbərləri də iştirak ediblər. Qeyd edək ki, oktyabr ayında keçiriləcək Azərbaycan birinciliyinə hazırlıq məqsədilə yığma məşqlərin hər həftə davam etdiriləcəyi bildirilib.Azərbaycan Kikboksinq Federasiyasının təşkil etdiyi bu sistemli təlim-məşq toplantıları klublar arasında birliyi və həmrəyliyi möhkəmləndirmək, idmançılarda vətənpərvərlik ruhunu və psixoloji hazırlığı artırmaq, həmçinin onların texniki-taktiki və fiziki inkişafını təmin etmək məqsədi daşıyır.Federasiya rəhbərliyi gələcəkdə də bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atmaq niyyətindədir.Ulusum.az

Diqqət Çəkənlər

Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!

Türkiyə ədliyyə naziri Yılmaz Tunçdan Azərbaycanla əlaqələrə dair açıqlama

Alimlərdən inqilabi addım: Viruslara qarşı ən böyük zülal bazası yaradıldı

Chosen
83
ulusum.az

1Sources