EN

Azərbaycan üzgüçüsü: III MDB Oyunlarında medal qazandığım üçün çox xoşbəxtəm VİDEO

Gəncə, 28 sentyabr, AZƏRTAC

MDB Oyunlarında medal qazandığım üçün çox xoşbəxtəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri III MDB Oyunlarının Gəncədə təşkil edilən üzgüçülük yarışında bürünc medal qazanan Azərbaycan təmsilçisi Mehri Əbdürrəhmanlı deyib.

100 metr məsafəyə “butterfly” (kəpənək) üslubunda üzmədə üçüncü olan idmançı gələcək yarışlarda da uğurlu nəticə qazanmaq istədiyini bildirib: "Burada iştirak etmək böyük təcrübədir. Atam Rəşad Əbdürrəhmanlı da mənə dəstək oldu. Mükafatları verənlərdən biri də o idi. Ona təşəkkür edirəm".

Qeyd edək ki, digər təmsilçimiz Anastasiya Qnussina isə 800 metr məsafəyə sərbəst üzmə yarışında dördüncü yerlə kifayətlənib və mükafatçılar sırasına düşə bilməyib.

Chosen
22
15
azertag.az

10Sources