EN

Moldovada parlament seçkisi başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Moldovada parlament seçkisi başlayıb.
Oxu.Az-ın "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla səhər saat 7:00-də (Bakı vaxtı ilə saat 08:00 - red.) ölkə üzrə 1 900-dən çox seçki məntəqəsi açılıb.
Seçicilər 101 parlament üzvünü dörd il müddətinə seçəcəklər. Seçkidə 22 subyekt - 15 partiya, üç blok və dörd müstəqil namizəd iştirak edəcək. Parlamentə daxil olmaq üçün partiyalar ən azı 5%, bloklar 7%, namizədlər isə 2% səs toplamalıdırlar.
Rəy sorğularına əsasən, Prezident Maya Sandunun rəhbəri olduğu "Fəaliyyət və Həmrəylik" Partiyası favorit hesab olunur. Onun ən yaxın rəqibi kimi sabiq prezident İqor Dodonun "Vətənpərvər bloku" göstərilir.
Chosen
125
15
oxu.az

10Sources