EN

Rusiyada yeni qanun: Tibbi göstərişlər əsasında sürücülük hüquqları ləğv ediləcək

BAKI, 28 sentyabr. TELEQRAF

Rusiyada tibbi göstərişləri əsasında sürücülük hüquqlarının ləğv olunması haqqında yeni qanun layihəsi hazırlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Səhiyyə Komitəsinin sədri Sergey Leonov TASS-a müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, tibbi məlumat bazaları artıq Rusiya Daxili İşlər Nazirliyinin bazaları ilə birləşdirilir:

"Real vaxt rejimində monitorinq sistemi qurulur. Tibbi göstərişlər əsasında sürücülük hüquqları olmayan şəxslər barədə məlumat DİN-ə ötürülür. Burada şəxsin xəstəlik diaqnozu göstərilmir, sadəcə tibbi göstərişlər əsasında sürücülük hüquqlarının ləğv oluna biləcəyi qeyd olunur. Bundan sonra DİN və Yol Hərəkəti Təhlükəsizliyi Xidmətinə gedən məlumatlar əsasında sürücülük hüquqları avtomatik ləğv edilir”.

S.Leonov bildirib ki, sözügedən dəyişiklik ilə bağlı qanun 2027-ci il martın 1-də qüvvəyə minəcək:

"Bu qanun qəbul olunana qədər tibbi əks göstərişlər, o cümlədən psixi pozuntular olsa belə, sürücülər sürücülük hüquqlarının müddəti bitənə qədər (10 il) avtomobil idarə edə bilərdilər".

Deputat qeyd edib ki, dəyişiklik spirtli içki qəbul edənlərə də şamil olunacaq:

"Əgər kimsə spirtli deliriumla tutularsa və ya alkoqoldan asılılıq diaqnozu qoyularsa, əlbəttə ki, onun da sürücülük hüquqları ləğv ediləcək".

Chosen
46
teleqraf.com

1Sources