EN

Yaxşı babadır, gördüyümdən hündürdür - Prezidentlə görüşən Nilay


Prezident İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

 

NUH.az   xəbər verir ki, dövlət başçısı sonra Kompleksdə Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.

Balaca Nilay Prezidentlə görüşü barədə təəssüratlarını belə ifadə edib:

“Soruşdu ki, harada qalıram, neçənci sinifdə oxuyuram? Cavab verdim ki, ikinci sinifdə oxuyuram. O park tikilən yerdə əvvəl evimiz olmuşdu. Ora bomba atdılar, evimiz dağıldı.

Yaxşı babadır. Gördüyümdən bir az hündürdür. Mən onu çox sevdim. Mənimlə maraqlı söhbətlər etdi. Çox istəyirdim ki, onu görüm. Dualarım yerinə yetdi”.

Ətraflı “Baku TV”nin reportajında:




Chosen
46
11
nuh.az

10Sources