EN

“Belə oyun görməmişdim” Samir Abasov

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

“Neftçi” “Karvan-Yevlax”la heç-heçə etdi - 0:0. “Football-plus.az” xəbər verir ki, komandanın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- Bir qələbədən sonra inam olmalı idi. Buna nə mane oldu? - Rəqibə bir epizod vermədən, qələbə qazanmamaq çox üzücüdü. 1-ci dəqiqədən 90-cu dəqiqəyə qədər templi oyun getdi. Belə oyun görməmişdim. Futbolçularımı təbrik edirəm. “Neftçi” hər şeyi etdi. Cinahlardan, mərkəzdən hücumlar… Dinamik idik. Niyə qələbə olmadı? Cavabı tapa bilmirik. İzahı olmayan mətbuat konfransıdı. - Faraj sanki əvvəldən zədəsi var kimi görünür, qorxur, belədi? - O gələndə zədəsi var idi, bunu bilirdik. Siz elə görürsüzsə, sizin baxışınızdı. - Görünən odu ki, 9 nömrə problemi var. - Mövzu olmayan “9” məsələsi çox danışılır. Vingerlərimizin girdiyi epizod mərkəz hücumçusunun yoxluğunu hiss etdirmədi. Ağadadaş və Sambuya inamımız böyükdü. Skaut işlərimiz çox mövqedə davam edir. - Sanki klub hakimlərə qarşı etiraz edəndən sonra daha çox aqressiya var. - Mən bu barədə danışmayacam (sözü Rüstəm Əfsərliyə verdi) Rüstəm Əfsərli:

"Məmnun deyilik. Açıqlamarımız olub. Bu gün bir epizodun üstündə dura bilmərik. İnanırıq ki, düzəcələcək".

- Abubakar məsələsi nə dərəcədə realdı? - Danışıqlar var. Kim istəməz elə futbolçunu... - Bu gün çox təmkinli görünürdüz. Özünüzü əvvəldən hazırlaşdırmışdız? - Səbəb yox idi emosiyaya. Çılğınlığım nəyi dəyişəcək ki?- Metyu nə vaxt hazır olacaq? - Təlim-məşq toplanışında olmasa da, belə səviyyəli futbolçular fərdi məşqlər edir. Çempionat da orda tez başa çatıb. Hər futbolçunun bir hazır olmaq müddəti var. Hazır olacaq. MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
1
icma.az

2Sources