“Football-plus.az” xəbər verir ki, komandanın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Bir qələbədən sonra inam olmalı idi. Buna nə mane oldu?
- Rəqibə bir epizod vermədən, qələbə qazanmamaq çox üzücüdü. 1-ci dəqiqədən 90-
cu dəqiqəyə qədər templi oyun getdi. Belə oyun görməmişdim. Futbolçularımı təbrik edirəm. “Neftçi” hər şeyi etdi. Cinahlardan, mərkəzdən hücumlar…
Dinamik idik. Niyə qələbə olmadı? Cavabı tapa bilmirik. İzahı olmayan mətbuat konfransıdı.
- Faraj sanki əvvəldən zədəsi var kimi görünür, qorxur, belədi?
- O gələndə zədəsi var idi, bunu bilirdik. Siz elə görürsüzsə, sizin baxışınızdı.
- Görünən odu ki, 9 nömrə problemi var.
- Mövzu olmayan “9” məsələsi çox danışılır. Vingerlərimizin girdiyi epizod mərkəz hücumçusunun yoxluğunu hiss etdirmədi. Ağadadaş və Sambuya inamımızböyükdü. Skaut işlərimiz çox mövqedə davam edir.
- Sanki klub hakimlərə qarşı etiraz edəndən sonra daha çox aqressiya var.
- Mən bu barədə danışmayacam (sözü Rüstəm Əfsərliyə verdi)
Rüstəm Əfsərli:
"Məmnun deyilik. Açıqlamarımız olub. Bu gün bir epizodun üstündə dura bilmərik. İnanırıq ki, düzəcələcək".
- Abubakar məsələsi nə dərəcədə realdı?
- Danışıqlar var. Kim istəməz elə futbolçunu...
- Bu gün çox təmkinli görünürdüz. Özünüzü əvvəldən hazırlaşdırmışdız?
- Səbəb yox idi emosiyaya. Çılğınlığım nəyi dəyişəcək ki?
- Metyu nə vaxt hazır olacaq?
- Təlim-məşq toplanışında olmasa da, belə səviyyəli futbolçular fərdi məşqlər edir. Çempionat da orda tez başa çatıb. Hər futbolçunun bir hazır olmaq müddəti var. Hazır olacaq.
MÜZƏFFƏR QULUZADƏ