EN

Lavrov: Avroatlantik təhlükəsizlik modeli perspektivsizdir

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya-Ukrayna münaqişəsindən sonra Avropada əvvəlki avroatlantik təhlükəsizlik modelini bərpa etmək cəhdləri perspektivsizdir.

"Report" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələri zamanı deyib.

"Qərbin davranışı NATO, Avropa İttifaqı və ATƏT-ə əsaslanan avroatlantik təhlükəsizlik modelini mənasız hala gətirdi. Avropada bu modelin əvvəlki formada bərpası ideyalarının bəzi paytaxtlarda yenidən gündəmə gətirilməsini isə perspektivsiz sayırıq", - Rusiyanın baş diplomatı bildirib.

Lavrov qeyd edib ki, Rusiya həmfikir ölkələrlə birlikdə Avrasiya məkanında yalnız NATO və onun müttəfiqləri üçün deyil, qitənin bütün ölkə və birlikləri üçün bərabər və bölünməz təhlükəsizlik arxitekturası qurmağı təklif edir. Nazir bu birliklərə xüsusilə Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT), Müstəqil Dövlətlər Birliyini (MDB), Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasını (ASEAN), Avrasiya İqtisadi İttifaqını (Aİİ), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) və Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasını (ƏDƏŞ) aid edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
1
icma.az

2Sources