Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İngiltərə Premyer Liqasının 6-cı turunda "Mançester Siti" "Börnli"ni qonaq edib.
Oxu.Az xəbər verir ki, "şəhərlilər" 5-1 hesabı ilə qalib gəliblər.
12-ci dəqiqədə Maksim Esteve avtoqol vuraraq meydan sahiblərini önə keçirib. Ceydon Entoni isə 38-ci dəqiqədə hesabı bərabərləşdirib. Mateus Nunyes 61-ci dəqiqədə "Siti"ni yenidən irəli çıxarıb. Esteve isə 65-ci dəqiqədə daha bir avtoqol vurub. Erlinq Holand 90 və 90+3-cü dəqiqədə dubl edərək darmadağını rəsmiləşdirib.
Bu oyundan sonra "Mançester Siti" 10 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Börnli" 4 xalla 17-ci yerdədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.