EN

Abşeronda 27 sentyabr - Anım Günü qeyd edildi - Fotolar

Bu gün Abşeron rayonunda da Vətən müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimiz dərin ehtiramla anılıb.

Yenisabah.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Xırdalan şəhərində şəhidlərinin xatirəsinə ucaldılan Xatirə Kompleksini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq əziz xatirələrini ehtiramla yad ediblər. pizza sifarişi

“Anım Günü”nə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Daha sonra Vətən Müharibəsindəki şanlı qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətinə həsr olunan və Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, ordumuzun şücaəti ilə xalqımızın qələbə qazandığını bildirib. Bununla da Azərbaycanımızın ərazi bütövlüyünün və süverenliyimizin tam bərqərar olunuğunu, Qarabağa yenidən həyatın qayıtdığını söyləyən RİH başçısı hazırda işğaldan azad olunan ərazilərdə soydaşlarımızın azad və firavan yaşadığını bildirib.

Sonra Milli Məclisin deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini bundan sonra daima fəxr və iftixar hissi ilə xatırlayacaq. Bu şanlı tarixin hər zaman böyük fərəh və iftixar hissi ilə öyrəniləcəyini vurğulayan çıxışçılar bildirib ki, Vətən Müharibəsində qazanılan qələbə ilə Azərbaycan öz adını qalib ölkələr sırasına yazdırıb.

Daha sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova və Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək şanlı qələbəmizdən, Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi şücaətdən söz açıblar. Onlar qazanılan qələbəyə, o cümlədən ölkəmizdə şəhid ailələrinə, ümumilikdə müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra “Anım Günü” ilə əlaqədar şəhidlərin əziz xatirəsinə Xırdalan şəhərindəki Heydər Əliyev Parkında, o cümlədən rayonun digər kənd və qəsəbələrində ağacəkmə aksiyaları keçirilib.

Onu da qeyd edək ki, “27 sentyabr - Anım Günü” ilə əlaqədar Abşeron rayonunun kənd və qəsəbələrində yerləşən bütün şəhidlər xiyabanlarında və xatirə komplekslərində abadlıq işləri görülmüş, şəhidlərimimiz ziyarət edilərək xatirələri yad edilib.


Telegram kanalımız
Chosen
31
13
yenisabah.az

10Sources