“Barselona”nın baş məşqçisi Hans-Diter Flik qapıçısı Joan Qarsiyanın zədələnməsi barədə danışıb.
QOL.az jurnalist Jerar Romeronun sosial şəbəkələrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis deyib:
“Joan Qarsiyanın zədəsi… burada yaxşı heç nə yoxdur. Amma bizdə Voyçex Şensnı var. Keçən mövsüm onunla birlikdə üç titul qazandıq”.
Qeyd edək ki, Kataloniya klubu sentyabrın 26-da açıqlayıb ki, Joan Qarsiyanın sol dizinin daxili meniskində yırtıq aşkarlanıb. O, təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, “Barselona” 2024/25 mövsümündə La Liqanın, İspaniya Kubokunun və Superkubokunun qalibi olub. Şensnı ötən mövsüm 30 oyuna çıxıb, onların 14-də qapısını toxunulmaz saxlayıb.