EN

DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət ediblər - VİDEO

Anım Günü münasibətilə Daxili İşlər Nazirliyinin gənc polisləri və hərbi qulluqçuları Zəfər parkını ziyarət ediblər.

Moderator.az xəbər verir ki, onlar 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Şəxsi heyət xatirə daşının önünə gül dəstələri düzüb.

 

Chosen
11
27
moderator.az

10Sources