EN

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

Fövqəladə Hallar Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib.

Bu barədə Missiya.Az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrn 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin kollektivi Bakıda Zəfər parkını ziyarət edib.

Xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Chosen
6
13
missiya.az

10Sources