Suriya məhkəməsi ölkənin keçmiş prezidenti Bəşər Əsədin həbsinə order verib.
Bizim.Media xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat verib.
"2011-ci ildə Dəraada baş verən hadisələrlə bağlı ittihamlar üzrə Bəşər Əsədin qiyabi həbsinə dair order verilib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, 2000-ci ildən Suriya prezidenti olmuş Bəşər Əsəd ötən il dekabrında silahlı müxalifət tərəfindən devrilib. O, silahlı müxalif qüvvələrin Dəməşqə daxil olmasından sonra Suriya prezidenti vəzifəsini tərk edib və ölkədən qaçıb.
Bizim.Media