ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Tbilisi, 27 sentyabr, AZƏRTAC
Gürcüstanın şərq bölgəsində yağan güclü leysan yağışları bir sıra ciddi problemlər yaradıb. Çaylar daşıb, əkin sahələri, fərdi təsərrüfatlar və həyətyanı sahələr su altında qalıb.
AZƏRTAC xəbər verir ki, məşhur Qabal çayı məcrasından çıxıb. Nəticədə Uzuntala, Gəncəli, Qaracalar və Qabal kəndləri su altında qalıb.
Yol infrastrukturuna, məktəb, uşaq bağçası, ictimai iaşə obyektləri və digər infrastruktura ciddi ziyan dəyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.