AZ

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri SU BASDI

Qabal çayının daşması nəticəsində Laqodexi bələdiyyəsinin bir sıra kəndləri, o cümlədən Qabal, Gəncəli, Uzuntala və Qaracalar kəndləri demək olar ki, sel suları altında qalıb.

Moderator.az "24News"a istinadla xəbər verir ki, güclü sel nəticəsində bu kəndlərin infrastrukturuna ciddi ziyan dəyib.

Kəndlərdə elektrik enerjisinin kəsilməsi, evlərin və təsərrüfatların böyük zərərlər görməsi, eləcə də əhalinin həyat şəraitinin ağırlaşması yerli sakinlərin həyatını çətinləşdirib. Selin yaratdığı maddi və mənəvi zərər əhaliyə böyük çətinliklər yaşadıb. Bir çox evlər və təsərrüfatlar ciddi şəkildə zədələnib və əkin sahələri su altında qalıb.

Yerli sakinlər, vəziyyətin daha da pisləşməməsi və ziyanların tez bir zamanda aradan qaldırılması üçün aidiyyəti qurumlardan yardım istəyirlər.

Qeyd edək ki, Gürcüstanın bu ərazilərində əsasən azərbaycanlılar yaşayır.

 

 

Seçilən
7
1
moderator.az

10Mənbələr