EN

İsveç Ukraynaya təzminat krediti verilməsini dəstəkləyir Pidlasa

ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Ali Radanın Büdcə Komitəsinin sədri Roksolana Pidlasa İsveçin Ukraynadakı səfiri Martin Oberqlə Qərbdə dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə Ukraynaya kreditin verilməsi mexanizmini müzakirə edib.

Turkustan.az xəbər verir ki, bu barədə o , Facebook -da məlumat yayıb."İsveç Ukraynaya "təzminat krediti" verilməsini dəstəkləyir. Söhbət 130 milyard avroya qədər olan birbaşa büdcə dəstəyindən gedir (çünki Belçikada dondurulmuş Rusiyanın 175 milyard avro aktivindən 45 milyard avrosu 2025-ci ildə verilmiş ERA kreditləri üçün G7 ölkələrinə qaytarılmalıdır)," Pidlasa yazıb.Büdcə komitəsinin rəhbərinin sözlərinə görə, “təzminat krediti” mexanizmi de-fakto Rusiya pullarının Ukraynaya köçürülməsini, de-yure tələb hüququnun isə Rusiya Federasiyası Mərkəzi Bankında qalmasını nəzərdə tutur. Ukrayna yalnız Rusiya dəymiş ziyana görə kompensasiya ödədikdən sonra bu krediti ödəməyə borclu olacaq.O qeyd edib ki, maliyyənin həcmi 130 milyard avrodan az ola bilər."Maliyyələşdirmənin həcmini təyin edərkən, Aİ BVF tərəfindən təsdiqlənmiş Ukrayna büdcəsinin xarici maliyyələşdirilməsinə ehtiyacı rəhbər tutacaq. BVF isə büdcə kəsirini ağlabatan həddə saxlamaqda israr edəcək", - Pidlasa izah edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
icma.az

2Sources