16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ölkəmizdə təşkil olunan III MDB Oyunlarında ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, A qrupunda yer alan U-16 Tacikistanın müvafiq yaş qrupundan ibarət komadası ilə qarşılaşıb.
Matçdan əvvəl torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəbələ şəhər stadionunda təşkil olunan görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 29-cu dəqiqədə Nihat Hüseynzadə vurub.
Qeyd edək ki, millimiz qrupda növbəti oyununu oktyabrın 1-də Qırğızıstan yığmasına qarşı keçirəcək.
Samir Musayev: “Qarabağ”da əvəzolunmaz futbolçu yoxdur“
“Şamaxı” "Araz-Naxçıvan"ı qəbul edir - YENİLƏNİR
Qurban Qurbanov: “Bu, bizim də planlarımızı pozdu”
Kaxaber Tsxadadze: “Onu çətinliklə sakitləşdirə bildik”
“Neftçi” “Karvan-Yevlax”la matça bir itki ilə çıxacaq