EN

“Həmin gün Azərbaycanı zəfərə gətirib çıxardı”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“27 sentyabrda tarixi an baş verdi. Azərbaycan növbəti dəfə erməni təxribatının qarşını almaq üçün əks-həmlə hücumlarına başladı. Şükürlər olsun ki, o proses Azərbaycanı 44 gündən sonra zəfərə gətirib çıxardı. Yəni 27 sentyabr tarixində başlanan yol zəfərlə yekunlaşdı. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayırıq. Biz sevinirik ki, xalq-ordu-lider birliyi bizi zəfərə apardı”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.

Deputat 27 sentyabr Anım Günü münasibətilə bütün şəhid ailələrinə, qazilərə, Azərbaycan xalqına başsağlığı verib: “Bu Anım Günündə biz bütün şəhidlərimizi yad edirik və nə qədər Azərbaycan var olacaq həmişə bizim şəhidlərimizin xatirəsi yaşayacaq. Şəhidlərin ruhu qarşısında baş əyirik, ailələrinə Allahdan səbr diləyirik. Tək arzumuz, niyyətimiz ondan ibarətdir ki, bütün keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıtsınlar. Bu gün Qarabağda, Şərqi Zəngəzurda yaşanan tarixi hadisələr daha da güclənsin və biz Qarabağ, Şərqi Zəngəzur iqtisadiyyatının Azərbaycana tam inteqrasiyasına şahidlik edək, bir daha biz bu ağrılı-acılı günləri yaşamayaq. Eşq olsun Ali Baş Komandan cənab Prezident İlham Əliyevə, eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
icma.az

1Sources