Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbərliyi 27 sentyabr – Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib.
“Qafqazinfo”nun məlumatına görə, Xidmət rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov şəhidlərin xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüb.