EN

Füzuli Məmmədov Gəncədə olub -"Kəpəz"i çalışdıracaq?

"Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədov "Kəpəz"in "sükanı arxası"na keçə bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən mütəxəssis bu həftə Gəncədə olub.

Məmmədov Nizami yurdunda çərşənbə günü gözə dəyib. Onun Adil Şükürovu istefaya göndərən "sarı-göylər"in rəhbərliyi ilə danışıq apardığı ehtimal edilir.

Misli Premyer Liqasının ilk 5 turunda xal qazana bilməyən "Kəpəz" hazırda turnir cədvəlinin sonuncu - 12-ci pilləsində mövqe tutub.

Məmmədov son olaraq 1-ci Liqa təmsilçisi "Mingəçevir"i çalışdırıb. Bu ilin yanvarında komandanın "sükanı arxası"na gətirilən mütəxəssisin rəhbərliyi altında parlaq çıxış sərgiləyən "işıqçılar" mövsümün ikinci yarısında 29 xal toplayaraq çempionatı 4-cü pillədə tamamlayıblar. İşə başlayarkən qarşısına 6 xalla sonuncu pillədə qərarlaşmış "Mingəçevir"i liqada saxlamaq tələbi qoyulan çalışdırıcı ilə çempionatın yekununda gözlənilmədən yolları ayıran rəhbərlik komandanı Ramiz Məmmədova tapşırıb.

Nihat

Chosen
13
2
fanat.az

3Sources