AZ

Füzuli Məmmədov Gəncədə olub – “Kəpəz”i çalışdıracaq?

“Neftçi”nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədov “Kəpəz”in “sükanı arxası”na keçə bilər.

İdman.biz fanat.az-a istinadən xəbər verir ki, sözügedən mütəxəssis bu həftə Gəncədə olub.

Onun Adil Şükürovu istefaya göndərən “sarı-göylər”in rəhbərliyi ilə danışıq apardığı ehtimal edilir.

Misli Premyer Liqasının ilk 5 turunda xal qazana bilməyən “Kəpəz” hazırda turnir cədvəlinin sonuncu – 12-ci pilləsindədir.

Məmmədov son olaraq 1-ci Liqa təmsilçisi “Mingəçevir”i çalışdırıb. Bu ilin yanvarında komandanın “sükanı arxası”na gətirilən mütəxəssisin rəhbərliyi altında parlaq çıxış sərgiləyən “işıqçılar” mövsümün ikinci yarısında 29 xal toplayaraq çempionatı 4-cü pillədə tamamlayıblar.

İdman.biz

Seçilən
3
2
idman.biz

3Mənbələr