EN

Zəfər xronikası. 27 sentyabr 2020-ci il: Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il sentyabrın 27-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasınıniclası keçirilib.

Trend xəbərverir ki, dövlətimizin başçısı iclasda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlıqüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Butəxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm dəhərbçilər arasında. Bu, bir daha onu göstərir ki, ErmənistanınAzərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasətErmənistanın faşist mahiyyətini bütün dünyaya göstərir.

Səhər tezdən məlumatı alan kimi, mən Müdafiə naziri, digəraidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiqgöstərişlər verdim və bu göstərişlər əsasında hazırda AzərbaycanOrdusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır.

Bildirməliyəm ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmıştəxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar.Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizəqarşı yeni müharibəyə başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlıartıq son bir həftə ərzində bir neçə dəfə həm televiziyakanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxışedərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkardövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar.

Bu gün mən Azərbaycan xalqına müraciət etdim. Müraciətdə butəxribatın səbəbləri və son müddət ərzində Ermənistanın çirkinaddımları haqqında geniş məlumat verdim, fikirlərimi bölüşdüm,onları təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bir daha bildirirəmki, bu gün səhər tezdən bizə qarşı edilən hərbi hücumplanlaşdırılmış hərbi təxribat idi. Çünki bir neçə istiqamətdənmüxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan bizimmövqelərimiz atəşə tutuldu və eyni zamanda, yaşayış məntəqələrimiz,kəndlərimiz atəşə tutuldu. Qeyd etdiyim kimi, mülki əhali arasındaitkilərimiz var. Bu, bir daha Ermənistanın, Ermənistan faşizminineybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıqancaq faşist dövlətlərə aid ola bilər və birinci dəfə deyil, Tovuzhadisələrində, ondan sonra digər hadisələrdə, Xocalı soyqırımıerməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşıtörədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayışməntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycanictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşənkəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın.Amma tam qətiyyətlə deyə bilərəm ki, - bu gün səhər mən bütünbölgələrdən, cəhbəyanı bölgələrdən məlumat almışam, - Azərbaycanvətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza,dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər.

Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırdaəks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurlakeçirilir. Prezident Administrasiyasına, eyni zamanda, MüdafiəNazirliyinə göstəriş verildi ki, əhali müntəzəm olaraq hadisələringedişatı ilə bağlı məlumatlandırılsın. Onu deyə bilərəm ki, uğurluəks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbitexnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsindəAzərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsiişğalçılardan azad edilib. Bu münasibətlə bütün Azərbaycan xalqınıtəbrik edirəm!

Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala sonqoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edənişğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaqistəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilərtərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-babatorpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarınaqayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilərtərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. BaxınFüzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizimməscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütünbunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizimmübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşlarıdövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik.Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz iləyaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üztutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğmatorpaqlarınıza qaytaraq.

Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonrabir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkinəməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cıildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünürki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk vəverəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücuməməliyyatı keçirir və bu əməliyyat davam edir.

Onu da bildirməliyəm ki, bizim bütün hərbi hissələrimizdə, hərbibirləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuzakönüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu,xalqımızın öz dövlətinə sadiqliyini göstərir.

Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağməsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm,bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki,Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki,tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki,Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.

Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin,bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq,bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öztorpağımızı heç kimə verən deyilik. Mən dəfələrlə demişəm, biz heçvaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinciqondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik vəbugünkü hadisələr onu bir daha göstərir.

Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Mən DağlıqQarabağın tarixi ilə, keçmişi ilə bağlı beynəlxalq tədbirlərdəmüxtəlif kürsülərdən dəfələrlə öz sözlərimi demişəm. Tarixihəqiqətləri dünya ictimaiyyətinə çatdırmışam. Bizim məqsədyönlü vəyorulmaz səylərimiz nəticəsində bu gün Dağlıq Qarabağ münaqişəsiilə bağlı dünyada tam geniş təsəvvür var. Ancaq münaqişənin ilkillərində bu, belə deyildi. Münaqişənin ilk illərində dünyaerməniliyi Azərbaycanı işğalçı kimi, təcavüzkar kimi təqdim edirdi.Əfsuslar ki, o vaxt Azərbaycan rəhbərliyində olmuş şəxslər butəbliğata qarşı öz sözünü deyə bilmədilər. Azərbaycan elə bir ağırvəziyyətdə idi ki, torpaqlarımız əldən gedirdi, amma dünyada eləbilirdilər ki, Azərbaycan təcavüzkardır. Qarabağ torpaqlarınınitirilməsinin səbəbkarı Azərbaycan Xalq Cəbhəsi Partiyası, MüsavatPartiyasıdır. Məhz onların dövründə torpaqlarımız işğal altınadüşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz butorpaqları itirmişik. Mən həmişə deyirdim ki, biz müvəqqətiitirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf ovaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində başvermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan XalqCəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldansonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının,Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ iləErmənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan haldaəlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondansonra digər maddi resursların təchizatı asanlaşmışdır.

Bu gün biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının və MüsavatPartiyasının yarıtmaz əməllərini, bu ləkəni Azərbaycanın üstündənsilirik. Bu gün biz öz torpaqlarımızı bərpa edirik. 2016-cı ildəAğdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardanazad edildi. Bu gün - 2020-ci ildə, artıq bir daha qeyd etməkistəyirəm ki, bir neçə yaşayış məntəqəmiz işğalçılardan azadedildi, bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzarətinəkeçdi. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır.

Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir.Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki,ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəliordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasirstandartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla,cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizimmüxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanınrəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlıbirləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəmki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələriolacaqdır.

Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha deməkistəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Bizheç kimin torpağına göz dikməmişik, heç kimin torpağında,Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç birməqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiəedəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azadedəcəyik.

İndi isə məlumat üçün söz verilir Müdafiə naziri ZakirHəsənova.

Müdafiə naziri Zakir Həsənov dedi:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan. Məruzə edirəm ki,saat 6-ya bir neçə dəqiqə qalmış erməni silahlı qüvvələri Füzuli,Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyadanatəşə tutmuşdur. Dağıntılar, əhali arasında yaralananlar və itkilərolmuşdur. Hərbi hissələrin ön xətti də atəşə tutulmuşdur. Eynivaxtda Ağdam, Füzuli, Cəbrayıl istiqamətindən düşmənin silahlıqüvvələrinin cəmləşməsi müşahidə olunmuşdur və onların hücumahazırlaşdığı müşahidə edilmişdir. Əməliyyat şəraiti nəzərəalınaraq, ilk növbədə, Sizə məruzə olunmuşdur. Əməliyyat şəraitininəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyatakeçirib. Əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xəttiyarılmışdır. Mənə indi əlavə məlumat da verdilər, yeddi kəndişğaldan azad olunmuşdur. Məsləhətdirsə adlarını burada qeydedim?

Prezident İlham Əliyev: Qeyd et.

Nazir Zakir Həsənov: Qaraxanbəyli, Nüzgar,Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvəndkəndləri azad edilmişdir. Azərbaycan Ordusu digər istiqamətlərdəuğurlu əks-hücum əməliyyatı həyata keçirir və düşmən böyük itkilərverərək geri çəkilir. Xüsusi qeyd etmək istəyirəm ki, AzərbaycanOrdusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyindəhəyata keçirilir. Siz qeyd etdiyiniz kimi, ən müasir silahlartətbiq olunur və biz düşmənin müqavimətini o qədər də güclügörmürük. Düşmən tam şəkildə geri çəkilir.

Məruzə etdi Müdafiə naziri general-polkovnik Həsənov.

Prezident İlham Əliyev: Aydındır. BizTəhlükəsizlik Şurasının qalan hissəsini qapalı rejimdə keçirəcəyik.Əminəm ki, Azərbaycan vətəndaşları bu qərara anlayışlayanaşacaqlar. Çünki müzakirə olunan məsələlərin bir çoxu hərbi sirrtəşkil edir. Ancaq yenə də demək istəyirəm ki, Azərbaycan əhalisimüntəzəm olaraq həm Prezident Administrasiyası, həm MüdafiəNazirliyi tərəfindən məlumatlandırılır. Azərbaycan vətəndaşlarınaoperativ məlumat çatdırılacaqdır.

Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını,Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna!Yaşasın Azərbaycan!

x x x

Sonda Təhlükəsizlik Şurasının digər üzvləri müzakirədə iştiraketdilər.

Zəfər
Zəfər
Məqalədə:
Chosen
22
1
az.trend.az

10Sources