EN

Avropa İttifaqı “dron səddi” yaradır

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) Rusiyanın hava məkanının pozulması və Danimarkada baş verən son dron insidentlərindən sonra pilotsuz uçuş aparatlarına qarşı müdafiə sisteminin yaradılmasını sürətləndirir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius açıqlayıb.

O bildirib ki, Aİ-yə üzv ölkələrin müdafiə nazirləri ilə keçirilən videokonfransda konsepsiyanın həyata keçirilməsinə razılıq əldə edilib. Konsepsiya dronların aşkarlanması, izlənməsi və zərərsizləşdirilməsinə imkan verən ən müasir texnologiyalardan ibarət müdafiə sisteminin yaradılmasını nəzərdə tutur.

Aİ qərar verib ki, şərq sərhədlərinin müdafiəsi üçün dronların aşkarlanması və zərərsizləşdirilməsi məqsədilə yeni, qabaqcıl texnologiyalardan istifadə edən ümumavropa müdafiə sistemi yaradılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
qafqazinfo.az

1Sources