EN

Türkiyədə Anım Gününə həsr olunmuş tədbir keçiriləcək



Milli Məclisin deputatı Vasif Qafarov sentyabrın 29-da Türkiyə Respublikasının Kahramanmaraş şəhərinə səfərə gedəcək.

Newscenter.az xəbər verir ki, deputat burada, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə sentyabrın 30-da Sütçü İmam Universitetində keçiriləcək 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.

Səfər oktyabrın 1-də başa çatacaq.

Süleyman
Chosen
7
newscenter.az

1Sources