EN

Hərbi Prokuror kursantlarla görüşdü - Fotolar

Sentyabrın 26-da Anım Günü münasibətilə Hərbi Prokurorluqda Hərbi Prokurorluğun və Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinin iştirakı ilə həmin təhsil müəssisəsinin kursantları ilə birlikdə tədbir keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən News24.az-a bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Ardınca Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən “Soyqırım” memorial muzeyi ziyarət edilib.

Tədbirdən öncə mərasim iştirakçıları tarixi şəxsiyyət Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla anıb, qazilərə şəfa diləyiblər.

Tədbirdə çıxış edən Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə polkovniki Bəhruz Əhmədov bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin müdrik siyasətini zamanın tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin dərin düşüncəsi və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində dünyada baş verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir.

Hərbi prokuror vurğulayıb ki, qazanılan ardıcıl uğurlara Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli və zəngin fəaliyyəti mühüm töhfələr verir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən Hərbi prokurorbildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığının ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb ki, bu da hərbi uğurlarımızı şərtləndirib və nəticədə düşmənin 2020-ci il sentyabrın 27-dən başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması, eləcə də antiterror əməliyyatları zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini, hərbçilərimiz isə peşəkarlığını və yüksək döyüş hazırlığını əyani şəkildə sübut edib və zəfərlərimiz təmin olunub.

Çıxış edən digər şəxslər Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən bəhs ediblər. Eyni zamanda, çıxışçılar hərbçilərə göstərilən diqqət və qayğıya görə Hərbi prokurora və Prokurorluğunkollektivinə təşəkkür bildiriblər.

Sonda Hərbi prokuror Bəhruz Əhmədov təhsil göstəriciləri yüksək olan kursantlara hədiyyələr təqdim edib. Kursantlar isə minnətdarlıqlarını və görüşdən məmnunluqlarını ifadə ediblər

Chosen
64
7
news24.az

8Sources