İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Lamin Yamal məşqlərə qayıdıb.


Rekord.az xəbər verir ki, bu barədə 18 yaşlı oyunçu özü sosial şəbəkə hesabında bildirib.


O, avqustun 23-də La Liqada "Levante" ilə oyunda qasıq nahiyəsindən zədələnmişdi.


Qeyd edək ki, Lamin Yamal cari mövsüm İspaniya çempionatında üç matçda iki qol vurub və iki məhsuldar ötürmə edib.