EN

ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Atəşgah məbədini ziyarət edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Atəşgah məbədini ziyarət edib.
Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, E.Karlon Azərbaycan mədəniyyəti ilə tanışlıq məqsədilə ilkin olaraq "Odlar Yurdu"nun ruhunu əks etdirən Atəşgah məbədini seçib.
"O, tarixin, inancın və ənənənin qovuşduğu bu məkanda Azərbaycanın zəngin mədəni irsini və xalqlarımız arasındakı dostluğun səmimiyyətini hiss etdi", - deyə qeyd olunub.
E.Karlon Atəşgahdan videomüraciətində vurğulayıb ki, 20 ildən çoxdur ölkəsinə diplomat kimi xidmət edir:
"Buraya gəldiyimdən bəri Azərbaycan xalqının mənə göstərdiyi yüksək səmimiyyət və qonaqpərvərliyi çox yüksək qiymətləndirirəm. Bu gün ilk dəfə Atəşgahda olmaqdan çox şadam".
Chosen
20
3
oxu.az

6Sources