EN

Açar tapıldı: 400 illik böyük sir açılır

ain.az, Sherg.az saytına istinadən bildirir.

Türkiyənin Bitlist bölgəsinin Ahlat Muzeyi İdarəsi tərəfindən aparılan və Bitlis Eren Universitetindən dosent Dr. Yunus Emre Karasunun elmi müşavirliyində həyata keçirilən arxeoloji qazıntılarda, kərpic döşəmə və qalanın qapısına aid olduğu düşünülən açar tapılıb.

Sherg.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə Ahlat Muzeyi İdarəsi tərəfindən Bitlis Qalasındakı qazıntı işləri aparılıb. Qalanın cənub hissəsində fokuslanmış işlər zamanı bölgənin tarixinə işıq tutan əhəmiyyətli tapıntılara rast gəlinib.

Bitlis Eren Universiteti Ədəbiyyat Fakültəsi İncəsənət Tarixi Bölməsi müəllimi dosent Dr. Yunus Emre Karasunun elmi müşavirliyində aparılan qazıntılarda, kərpic döşəmə və qalanın qapısına aid olduğu bildirilen açar aşkarlanıb.

15 nəfərlik heyətlə aparılan qazıntılarda 7 müsəlman məzarı, mülki memarlığa aid qalıqlar, tandırlar, sobalar, sikkələr, lülələr, kandillər, bəzək və metal əşyalar da üzə çıxıb.

Bitlis Qalası Qazıntı və Muzey Nümayəndəsi Azad Örmek bildirib:

"Qazıntı komandamızla təxminən 26 açma və 3 sondajda qazıntı işləri aparılıb. Bu qazıntılarda çoxsaylı daşınır və daşınmaz mədəniyyət nümunələri aşkarlanıb. İşlər zamanı 7 müsəlman məzarı və mülki memarlığa aid tikinti qalıqları, su çənləri, su kanalları, sobalar, tandırlar və saray qəbul məkanı üzə çıxıb."

"Daşınır nümunələrə baxdığımızda isə çoxsaylı sikkələr, keramika parçaları, lülələr və əhəmiyyətli sayılacaq bir açar tapıldı. Bu açar daha əvvəl aşkarladığımız açarlardan fərqli olaraq böyük ölçüsü, dairəvi tutacağı və cüt dişli kilid çıxıntısı ilə fərqlənir."

"Bu açarın tapıldığı tikinti qatına və sahəyə baxdığımızda, digər tapıntılarla birlikdə 16-cı əsrə aid olduğu müəyyənləşir. Bu açarın qalanın əsas giriş qapısına aid ola biləcəyini düşünürük" – deyə qeyd edib.

Örmek bildirib ki, bu il qalanın “saray” bölməsi adlanan hissəsində qazıntılara daha çox diqqət yetiriblər:

"Saray qəbul məkanı tonozlu üst örtüyə malikdir. Lakin tonozlu üst örtü günümüzə çatmayıb. Günümüzə qalmış tikinti elementləri təxminən 2 metr hündürlüyündədir, divar qalıqları isə 80 santimetr qalınlığındadır. Divarlar Bitlisin yerli kəsilmiş daşından dolğu texnikası ilə tikilib. Fərqli olaraq, 2004-cü ildən bəri aparılan qazıntılarda ilk dəfə qarşılaşdığımız kərpic döşəmə tapıntısına rast gəldik. Bu da əhəmiyyətli tapıntılarımız sırasındadır" – deyə o əlavə edib. (DHA)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
sherg.az

2Sources