EN

Putin Paşinyanın atasının adını “dəyişdi”

Ermənistanın Baş naziri Nikol Paşinyanın Dünya Atom Enerjisi Həftəsi çərçivəsində Rusiyaya səfəri və Prezidenti Vladimir Putinlə görüşü diqqət çəkdi.

Turkustan.az xəbər verir ki, Putin Paşinyanı salamlayarkən onun atasının adını səhv deyib.

Rusiya prezidenti Ermənistan liderini “Nikol Vladimiroviç” deyə salamlayıb. Lakin baş nazirin atasının adı Vovadır.

Məlumata görə, Paşinyan həmin an təəccüblənib və çaşıb. Lakin liderlər normal şəkildə ünsiyyətə davam ediblər./Globalinfo.az

Chosen
38
4
turkustan.az

5Sources