EN

“Şəfa” Ramin Nəsirlini heyətinə qatıb

“Şəfa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, I Liqa təmsilçisi Ramin Nəsirlini transfer edib.

Yarımmüdafiəçi karyerası ərzində “Neftçi”, “Dauqavpils” (Latviya) və “Araz-Naxçıvan” kimi komandaların şərəfini qoruyub.

Qeyd edək ki, “Şəfa” I Liqada 3 turdan sonra 9 xalla liderdir.

İdman.biz

Chosen
9
1
idman.biz

2Sources