EN

Marqarita Simonyanın əri öldü

Rusiyanın televiziya və radio aparıcısı Tiqran Keosayan vəfat edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə həyat yoldaşı Marqarita Simonyan bildirib.

O, "Bu gecə Tiqran Yaradanın yanında olmağa getdi",- deyə “Telegram” kanalında yazıb.

Yanvarın əvvəlində Simonyan ərinin klinik ölüm keçirdiyini və komada olduğunu bildirmişdi.

O, həmçinin əri üçün etdiyi dualara görə insanlara təşəkkür edib və ondan nə ona, nə də ailəsinə zəng etməyi xahiş edib:

"Dua edən hər kəsə təşəkkür edirəm. Xahiş edirəm, indi mənə və ailəmə zəng etməyin. Hamınıza təşəkkür edirəm, təşəkkür edirəm”.

Chosen
31
cebheinfo.az

1Sources